“ABŞ-Türkiyə ziddiyyətlərini bir görüşlə aradan qaldırmaq mümkün deyil”

“ABŞ-Türkiyə ziddiyyətlərini bir görüşlə aradan qaldırmaq mümkün deyil”

Hazırda oxunan: “ABŞ-Türkiyə ziddiyyətlərini bir görüşlə aradan qaldırmaq mümkün deyil”

240956
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 23-27-də BMT Baş Assamblyeasının toplantısında iştirak etmək üçün Amerikaya səfər edəcək.xa0

Bu səfər ABŞ-Türkiyə ziddiyyətlərini aradan qaldırmaq üçün fürsət sayıla bilərmi? Tramp-Ərdoğan görüşü reallaşrsa, bu, iki dövlət arasındakı münasibətlərin yenidən normal məcraya yönəlməsinə gətirib çıxara bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bu ehtimalı yüksək hesab etmədiyini qeyd edib:

“Türkiyə-ABŞ münasibətlərindəki ziddiyyətlər göz qabağındadır. Bu ziddiyyətlər iki ölkənin Yaxın Şərqdəki problemlərə fəqli yanaşmasından qaynaqlanır. Tramp-Ərdoğan görüşü baş tutarsa, bu, çətin ki, ziddiyyətlərin aradan qalxmasına yardımçı olsun. Amerika Türkiyədən qətiyyətlə tələb edir ki, Rusiyadan S-400 raketlərini almasın. Türkiyə deyir ki, almıram, onda mənə istədiyim silahalrı sat. ABŞ deyir ki, onu da satmıram. Türkiyə isə deyir ki, madam ki, belədir, onda Rusiyadan S-400 raketlərini alıram.xa0
Türkiyə Amerikadan müstəqil dövlət yaratmaq istəyn kürdləri dəstəkləməməyi tələb edir. Amerika isə bildirir ki, dəstəkləyəcəm. Çünki bu mənim geostrateji maraqlarıma cavab verir. Türkliyə Amerikaya deyir ki, bu, bizim dövlətçilik maraqlarımıza zərbədir. Amerika isə kürdləri dəstəkləməkdə israr edir. Yəni iki dövlətin bir çox məsələyə yanaşmasında ciddi fərq var. Bunları isə bir görüşlə aradan qaldırmaq mümkün deyil”.

Seymur ƏLİYEV
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO