"Zirehli texnikalardan və atıcı silahlardan atəş hazırlığı üzrə tapşırıqlar yerinə yetirilib" - FOTO

Hazırda oxunan: "Zirehli texnikalardan və atıcı silahlardan atəş hazırlığı üzrə tapşırıqlar yerinə yetirilib" - FOTO

239934

Azərbaycan Ordusunun zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi üzrə cari ilin hazırlıq planına əsasən keçirilən sınaq imtahanları davam edir.

 

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

 

Müxtəlif təlim mərkəzlərində keçirilən imtahanların növbəti günündə çətin keçilən ərazilərdə tank və piyadanın döyüş maşınlarının (PDM) idarə edilməsi, eyni zamanda, zirehli texnikalardan və atıcı silahlardan atəş hazırlığı üzrə tapşırıqlar yerinə yetirilib.

 

Qeyd edək ki, Azərbaycan Ordusunda məharət dərəcələrinin verilməsi üzrə keçirilən sınaq imtahanlarının əsas məqsədi hərbi qulluqçuların döyüş hazırlığının, ixtisaslara uyğun bilik və bacarıqlarının yoxlanılması, həmçinin peşəkarlığının qiymətləndirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO