Deputat Azər Badamov Milli Məclisdəki çıxışında Müsavat başqanı Arif Hacılı və AXCP sədri Əli Kərimlini tənqid edib.
“Bunlar erməninin hər bir təbliğatını hakimiyyətə qarşı çevirməklə qələbəmizə kölgə salmağa çalışırlar”, - deyə, deputat bildirib.
O qeyd edib ki, vaxtilə onlar şanlı ordumuzun qələbəsinə də şübhə ilə yanaşırdılar:
“Arif Hacılı feysbuk səhifəsində yazır ki, 7 aydır ki, ölkənin 700 min vətəndaşı mina bəhanəsi ilə öz ata-baba yurdlarına buraxılmır. Arif Hacılıya demək istəyirəm ki, Zəngəzur dəhlizi də açılacaq, işğaldan azad olunmuş ərazilərə insanlarımız da qayıdacaq”.
Deputat Sahib Alıyev məsələyə münasibətini bildirib.
“Ömrünü mühacirətdə başa vuran Rəsulzadə hara, saxta arayışlar verməkdə adı hallanan Arif Hacılı hara”, deyə, o vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:04 / 08.06.2021
Parlamentdə Arif Hacılı sərt tənqid edildi - SƏBƏB
Hazırda oxunan: Parlamentdə Arif Hacılı sərt tənqid edildi - SƏBƏB
Hazırda oxunan: Parlamentdə Arif Hacılı sərt tənqid edildi - SƏBƏB
23964
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.