“Biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində səsləndirib.
Dövlətimizin başçısı deyib ki, onlar bunu nə qədər tez başa düşsələr, bu, onlar üçün bir o qədər də yaxşı olar. “Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu, sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
18:46 / 14.03.2025
İlham Əliyev: “Hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir” - VİDEO
Hazırda oxunan: İlham Əliyev: “Hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir” - VİDEO
Hazırda oxunan: İlham Əliyev: “Hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir” - VİDEO
239363
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.