Cavuşoğlu: “Müqavilənin necə icra olunacağı barədə danışıq gedir”

Cavuşoğlu: “Müqavilənin necə icra olunacağı barədə danışıq gedir”

Hazırda oxunan: Cavuşoğlu: “Müqavilənin necə icra olunacağı barədə danışıq gedir”

2378

“Güclü Azərbaycan Ordusu işğal altında olan torpaqlarını Ermənistanın əlindən tək-tək geri aldı. Ermənistan təslim olduğunu qəbul etdi. Bu, Azərbaycan üçün böyük bir qələbədir”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir Türkiyənin bundan sonra da Azərbaycana dəstək verəcəyini söyləyib:

“Dünən gecə 3 ölkə arasında atəşkəs imzalandı. Hazırda bunun necə icra olunacağı haqqında danışıqlar gedir. İndiyədək davamlı danışıqlarımız olurdu, bundan sonra da əlaqələrimiz davam edəcək. Dünənki çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev də bunu xüsusilə vurğuladı.

30 ildir işğal edilən Azərbaycan torpaqları geri alındı. Daha öncə müxtəlif formatlar vardı: 5+2 və sairə. Hazırda döyüş meydanındakı uğurlar da daxil olmaqla, qısa bir müddət ərzində 7 rayonun tamamilə hamısı qardaş Azərbaycana geri veriləcək. Kəlbəcər və Laçın da Azərbaycanın nəzarətində olacaq. 15 noyabra qədər Kəlbəcər, 1 dekabra qədər Laçın Azərbaycana veriləcək”.

M.Çavuşoğlu Ermənistanın həm işğalçı, həm də hücum mövqeyində olduğu üçün bunun cəzasını ödədiyini vurğulayıb:

“Bu, Ermənistana bir dərs olsun. Azərbaycanın qələbəsi xeyirli olsun! Əlaqələrimiz davam edir! Yeni məlumatlar olduqca ictimaiyyət məlumatlandırılacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO