“Paşinyan bizə kiminləsə danışmağı qadağan etmişdi” - “Nürnberq Məhkəməsi”

“Paşinyan bizə kiminləsə danışmağı qadağan etmişdi” - “Nürnberq Məhkəməsi”

Hazırda oxunan: “Paşinyan bizə kiminləsə danışmağı qadağan etmişdi” - “Nürnberq Məhkəməsi”

237527

Xəbər verdiyimiz kimi bu gün Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları cinayəti işləri üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, sərbəst ifadə verən təqsirləndirilən şəxs Lyova Mnaksakanyan Ermənistan nizami ordusunun tərkibində Azərbaycana qarşı müharibədə iştirakını təsdiq edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Nürnberq Məhkəməsi”nin növbəti iclası KEÇİRİLDİ - FOTO


O, 20.09.2020-ci ildə məxfi qərar verildiyini və həmin qərardan məlumatsız olduğunu deyib: 

“Ermənistan nizami ordusunun tərkibində Azərbaycana qarşı müharibədə iştirak etmişəm. Bundan başqa demək istəmirəm əmr nə haqqındadır, bunu hamınız bilirsiniz. Ümumiyyətlə, mən hərbi xidmətdən tərxis olunduqdan sonra ordu ilə əlaqəm olmayıb. 

Ailə, başqa digər səbəblərə görə istəməmişəm. Bundan başqa, bizə ordu ilə hansısa təmaslar qurmaq qadağan olunmuşdu. Xüsusilə Ermənistan Respublikasının baş naziri bizə kiminləsə danışmağı, kimləsə təmasda olmağı qadağan etmişdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO