Ceyhun Bayramovdan TƏCİLİ GÖRÜŞ - Diplomatlara təlimat verdi

Ceyhun Bayramovdan TƏCİLİ GÖRÜŞ - Diplomatlara təlimat verdi

Hazırda oxunan: Ceyhun Bayramovdan TƏCİLİ GÖRÜŞ - Diplomatlara təlimat verdi

23639

Xarici işlər naziri Ceyhun Bayramov bu gün rotasiya qaydasında xarici ezamiyyətə gedən diplomatlarla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarında fəaliyyət göstərəcək diplomatları təyinatları münasibətilə təbrik edib.

Nazir ölkəmiz üçün tarixi bir dönəmdə həyata keçən bu təyinatın, ölkəmizin beynəlxalq müstəvidə layiqli şəkildə təmsilçiliyi baxımından hər bir diplomatın üzərinə böyük məsuliyyət qoyduğunu qeyd edib və bu xüsusda, diplomatlarımızın hərtərəfli hazırlığının vacib olduğunu vurğulayıb.

Nazir Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, Müzəffər Azərbaycan Ordusunun əldə etdiyi qələbədən sonra bölgədə yaranmış yeni reallıqlar, ölkəmizin xarici siyasətinin bu reallıqlara uyğun olaraq həyata keçirilməsi, Azərbaycanın maraqlarının beynəlxalq müstəvidə təmin olunması, diplomatların təmsilçiliyin vəzifələri və digər mövzular barədə diplomatlara ətraflı məlumat verib.

Diplomatlarla geniş fikir mübadiləsi aparan nazir onların suallarını cavablandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO