Azərbaycan Tacikistanla investisiyaların təşviqini müzakirə edib - FOTO

Azərbaycan Tacikistanla investisiyaların təşviqini müzakirə edib - FOTO

Hazırda oxunan: Azərbaycan Tacikistanla investisiyaların təşviqini müzakirə edib - FOTO

235999

Azərbaycan Tacikistanla iqtisadı-ticarət əlaqələrin və investisiyaların təşviqi, biznes dialoqun genişləndirilməsi ilə bağlı müzakirələr aparıb.

 

Sfera.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

 

O qeyd edib ki, Bakıda BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün xüsusi proqramı (SPECA) həftəsi çərçivəsində Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlığın perspektivləri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Xatırladaq ki, BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün xüsusi proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO