“Əl-Cəzirə” Kəlbəcərdəki erməni terrorundan yazdı

“Əl-Cəzirə” Kəlbəcərdəki erməni terrorundan yazdı

Hazırda oxunan: “Əl-Cəzirə” Kəlbəcərdəki erməni terrorundan yazdı

23592

Qətərin dünyaca məşhur "Əl-Cəzirə" saytı dünən Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan media nümayəndələri ilə bağlı geniş məqalə dərc edib.

Bizim.Media xəbər verir ki, məqalədə faciəvi hadisə barədə Azərbaycanın aidiyyəti dövlət qurumlarının yaydığı məlumatlara istinad edilib, həlak olan və ağır xəsarətlər alan şəxslər haqqında açıqlamalar yer alıb.

"Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumatda deyilir ki, cümə günü yerli vaxtla təxminən saat 11:00-da tank əleyhinə minaya düşən yük maşınının partlaması nəticəsində 3 nəfər həlak olub, dörd nəfər isə yaralanıb. Həlak olanlar yerli rəsmi nümayəndə olan Arif Əliyev, dövlət xəbər agentliyi "AzerTac"da çalışan Məhərrəm İbrahimov və dövlət televiziyası "AzTV" kanalının jurnalisti Sirac Abışovdur.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hadisədən dərindən kədərləndiyini bildirərək Ermənistanı minalanmış ərazilərin xəritələrini təhvil verməyə çağırıb. Azərbaycan hökuməti dəfələrlə Ermənistanı bu cür xəritələri təqdim etməkdən imtina etməkdə günahlandırıb.

"Hər gün bu tələbin yerinə yetirilməsindən imtina edirlər, daha çox həyat təhlükə altındadır!"-deyə Bayramov "Tvitter"də yazıb.

Faciəvi hadisənin baş verdiyi Kəlbəcər rayonu ötən ilki müharibədən sonra Azərbaycana qaytarılmış bölgələrdən biri olduğu barədə saytda xatırlatma edilib. 

Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri Elçin Şıxlıdan sitat gətirən "Əl-Cəzirə" onun Ermənistan dövlətini beynəlxalq hüququ pozmaqda günahlandırdığını yazıb.

"Minalar bu yaxınlarda Kəlbəcərin ərazisinə qoyulub. Bu, o deməkdir ki, Ermənistan dövlət səviyyəsində terror və təxribatla məşğuldur. Beynəlxalq ictimaiyyət təcili olaraq bu məsələyə reaksiya göstərməlidir”,- deyə E.Şıxlı bildirib.

Həmçinin məqalədə qeyd edilir ki, yazı nəşr edilənə qədər Ermənistan rəsmiləri partlayışla bağlı hər hansı bir şərh verməyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO