“Türkiyə ilə əməkdaşlıq imkanları daha da genişlənəcək” – Əhməd İsmayılov

“Türkiyə ilə əməkdaşlıq imkanları daha da genişlənəcək” – Əhməd İsmayılov

Hazırda oxunan: “Türkiyə ilə əməkdaşlıq imkanları daha da genişlənəcək” – Əhməd İsmayılov

235460

“5 il ərzində Azərbaycan və Türkiyə mediası görülən işləri genişləndirib”.

Bizim.Media xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov "Media sahəsində strateji tərəfdaşlıq haqqında" anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, Gələcək hədəflər” adlı tədbirdə çıxışı zamanı qeyd edib.

O, iki ölkə arasındakı mövcud media sahəsindəki strateji əməkdaşlığa diqqət çəkib:

“2020-ci ildən etibarən qlobal sferada Azərbaycan media kommunikasiya sahəsində bir sıra işlər görüb. Birinci Şuşa Media Forumu çərçivəsində qardaş ölkənin media nümayəndələri ilə birgə hərbi təlimlər keçirildi. Butün bunlar göstərir ki, iki ölkə arasında media sahəsində memorundum imzaladıqdan sonra bu istiqamətdə xeyli yol qət edilib. İki ölkələr qlobal müstəvidə bir-birinin mövqeyini və maraqlarını dəstəkləməkdədir. Əməkdaşlıq imkanları daha da genişlənəcək".

Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO