Səudiyyə Ərəbistanının Kralı və vəliəhdi Azərbaycan Prezidentini təbrik etdi

Səudiyyə Ərəbistanının Kralı və vəliəhdi Azərbaycan Prezidentini təbrik etdi

Hazırda oxunan: Səudiyyə Ərəbistanının Kralı və vəliəhdi Azərbaycan Prezidentini təbrik etdi

234803

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

 

Sfera.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi “Saudi Press” (SPA) informasiya agentliyinin yaydığı təbrik məktubunda Kral Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan hökumətinə və xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıb.

 

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud da Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

 

Səudiyyə Ərəbistanının rəsmi “Saudi Press” (SPA) informasiya agentliyi tərəfindən yayılmış təbrik məktubunda Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə möhkəm cansağlığı, ailə səadəti, Azərbaycan hökumətinə və xalqına isə davamlı inkişaf və rifah arzu edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO