Azərbaycan Prezidenti İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraaya təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizi təbrik edir, xalqınızın rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram.
Biz Azərbaycan ilə Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm veririk. Azərbaycan ölkənizin bu mühüm keçid dövründə lazımi dəstək və yardım göstərməyə hazırdır.
Bu gün Azərbaycan-Suriya münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar yaranmışdır. Bu xüsusda, fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm.
Sizə ən xoş arzularımı çatdırır, dost Suriya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram".
Bizim.Media
![Prezident İlham Əliyev Əhməd əl-Şaraanı TƏBRİK ETDİ Prezident İlham Əliyev Əhməd əl-Şaraanı TƏBRİK ETDİ](https://bizim.media/file/articles/2025/02/14/1739545976_5294410464022882345.jpg)
- A-
- A
- A+
Siyasət
19:10 / 14.02.2025
Prezident İlham Əliyev Əhməd əl-Şaraanı TƏBRİK ETDİ
Hazırda oxunan: Prezident İlham Əliyev Əhməd əl-Şaraanı TƏBRİK ETDİ
Hazırda oxunan: Prezident İlham Əliyev Əhməd əl-Şaraanı TƏBRİK ETDİ
234792
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.