27 məntəqədə seçkilər etibarsız hesab edilib – RƏSMİ

27 məntəqədə seçkilər etibarsız hesab edilib – RƏSMİ

Hazırda oxunan: 27 məntəqədə seçkilər etibarsız hesab edilib – RƏSMİ

234779

“Araşdırma prosesi başa çatıb. Nəticədə 27 seçki məntəqəsində qanun pozuntuları aşkar olunduğundan bələdiyyələr üzrə seçkilər etibarsız hesab edilib”.

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova bələdiyyə seçkilərinin yekunları barədə çıxışı zamanı bildirib.
 

“MSK tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq, 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 8 saylı, 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 29 saylı, 80 saylı Lerik – Astara seçki dairəsinin 62 saylı, 81 saylı İmişli seçki dairəsinin 11 saylı, 86 saylı Ağcabədi seçki dairəsinin 30 saylı seçki məntəqəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən qanun pozuntuları aşkarlandığından səsvermənin nəticələri ləğv edilib”, - kati bildirib.


Onun sözlərinə görə, 8039 bələdiyyə üzvü seçilib, 681 bələdiyyə tam tərkibdə formalaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO