Ermənistan-Türkiyə sərhədi açılır? - Paşinyan AÇIQLADI

Ermənistan-Türkiyə sərhədi açılır? - Paşinyan AÇIQLADI

Hazırda oxunan: Ermənistan-Türkiyə sərhədi açılır? - Paşinyan AÇIQLADI

233917

“İrəvan Ermənistan və Türkiyənin xüsusi emissarları arasında aparılan danışıqlarda əldə olunan razılaşmaların həyata keçiriləcəyinə ümid edir”.

 

Sfera.az erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Milli Assambleyasının daimi komissiyalarının 2024-cü il dövlət büdcəsi layihəsi üzrə iclasında çıxışı zamanı deyib.

 

O xatırladıb ki, bu razılaşma üçüncü ölkə vətəndaşları və diplomatik pasportlara malik şəxslər üçün sərhədlərin açılmasını nəzərdə tutur.

 

“Sərhəd infrastrukturu ilə bağlı mühüm işlər görülüb. Biz artıq belə proseslərə (sərhəd keçidi) hazırıq və ümid edirik ki, bu razılaşmalar həyata keçiriləcək”, - deyə Paşinyan əlavə edib.

 

Xatırladaq ki, 2021-ci ilin dekabrında Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO