Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) öz inkişaf strategiyasına uyğun olaraq, xarici ölkələrdə hasilat bazasının genişləndirilməsi strategiyasını davam etdirir.
Bizim.Media xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Bu çərçivədə 31 yanvar 2025-ci il tarixində SOCAR “Union Energy” şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan “Tamar” layihəsində effektiv olaraq 10 faiz payın alınması üzrə müqavilə imzalayıb.
Müqavilənin qüvvəyə minməsi üçün müəyyən şərtlərin yerinə yetirilməsi, o cümlədən müvafiq qaydada tənzimləyici və digər təsdiqlərin alınması tələb olunur.
Bununla da SOCAR Aralıq dənizi hövzəsində apstrim sahəsində investisiya layihələrini həyata keçirməyə başlayır. SOCAR xarici ölkələrdə strateji aktivlərdə iştirak payının alınması istiqamətində bundan sonra da fəaliyyətini davam etdirəcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:54 / 31.01.2025
SOCAR İsrailin Tamar yatağında PAY ALDI
Hazırda oxunan: SOCAR İsrailin Tamar yatağında PAY ALDI
Hazırda oxunan: SOCAR İsrailin Tamar yatağında PAY ALDI
232686
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.