Bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində seçici fəallığı açıqlanıb.
Bizim.Media xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 19:00-a qədər respublika üzrə 1 milyon 874 min 810 nəfərin səs verdiyini deyib.
MÖVZU İLƏ BAĞLI:
1 milyondan çox seçici SƏS VERİB
Onun sözlərinə görə, seçici fəallığı 31,45 faiz olub.
Xatırladaq ki, bugünkü seçkidə səsvermə hüququna malik 5 milyon 961 min 987 seçici qeydə alınıb.
Günay Şahmar, Bizim.Media