Xaçatryan məhkəmədə ağladı - FOTOLAR

Xaçatryan məhkəmədə ağladı - FOTOLAR

Hazırda oxunan: Xaçatryan məhkəmədə ağladı - FOTOLAR

232298

Xəbər verdiyimiz kimi, Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Xaçatryan Vaqif Çerkezoviç məhkəmə qarşısına çıxarılıb. 

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Xaçatryanın ağlaması diqqəti çəkib. 

 

Bugünkü iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilir, ilkin dinləmələr keçirilir.

 

Qeyd edək ki, V.Xaçatryan 1991-ci ilin dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətmə ittihamı ilə beynəlxalq axtarışa verilmişdi. O, bu ilin iyulunda Azərbaycan sərhədçiləri tərəfindən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO