Finlandiya Prezidenti Sauli Niinistö, Portuqaliya Prezidenti Marselo Rebelo de Souza və Maldiv Prezidenti İbrahim Məhəmməd Solih Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər.
MÖVZU İLƏ BAĞLI:
BMT-nin Baş katibindən İlham Əliyevə: "Daha gözəl və dinc dünyanın qurulmasında ölkənizin dəstəyinə arxalanıram"
Bizim.Media-nın məlumatına görə, Finlandiya Prezidentinin məktubunda deyilir:
"Zati-aliləri.
Ölkənizin müstəqilliyinin 103-cü ildönümü – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Portuqaliya Prezidenti Marselo Rebelo de Souzanın məktubunda qeyd edilir:
"Cənab Prezident.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".
Maldiv Prezidenti İbrahim Məhəmməd Solihin məktubunda deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi, Azərbaycan Hökumətini və xalqını Maldiv Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulayıram".
Bizim.Media