Adları açıqlanan şəhidlərdən ikisi polkovnik-leytenant olub - FOTO

Adları açıqlanan şəhidlərdən ikisi polkovnik-leytenant olub - FOTO

Hazırda oxunan: Adları açıqlanan şəhidlərdən ikisi polkovnik-leytenant olub - FOTO

230716

Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçularımızın arasında yüksəkrütbəli şəxslər də var. 

 

Sfera.az xəbər verir ki, onlardan ikisi polkovnik-leytenant rütbəsi daşıyıb.

 

Həmin iki şəxsdən biri DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu Hüseynov Rəşad Rəhim oğludur. Gəncədə yerləşən N saylı hərbi hissədə xidmət edən və antiterror tədbirlərində dəstə rəhbəri kimi iştirak edərkən şəhid olan 1980-ci il təvəllüdlü R.Hüseynov Şirvan şəhərində dəfn edilib.

 

Şəhid olan digər polkovnik-leytenant isə Müdafiə Nazirliyinin hərbçisi Vüsal Rüstəmovdur. 1984-cü il təvəllüdlü V.Rüstəmov Xaçmaz rayonunda dəfn olunub.

 

Fotoda şəhid polkovnik-leytenant Rəşad Hüseynov

 

 

Fotoda şəhid polkovnik-leytenant Vüsal Rüstəmov

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO