Bəkir Şahin “Qarabağ Zəfəri” MƏRASİMİNDƏ - VİDEO

Bəkir Şahin “Qarabağ Zəfəri” MƏRASİMİNDƏ - VİDEO

Hazırda oxunan: Bəkir Şahin “Qarabağ Zəfəri” MƏRASİMİNDƏ - VİDEO

22902

Xəbər verildiyi kimi Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahin Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Bizim.Media xəbər verir ki, səfər zamanı beynəlxalq və regional səviyyədə mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində aktual problemlərin həlli istiqamətində müzakirələrin aparılması və qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə bağlı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.

Bəkir Şahin hər iki ölkənin rəsmi şəxslərinin iştirak etdiyi “Qarabağ Zəfəri” şeir yarışmasının mükafatlandırma mərasimində də olub.

Türkiyənin Azərbaycandakı Səfirliyi və Azərbaycan Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş yarışmanın qaliblərinə hədiyyələr təqdim olunub, onlarla xatirə şəkli çəkdirilib.(report)

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO