“Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir, çox ciddi”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev yerli televiziya kanallarına müsahibə VERDİ - FOTO/VİDEO
Yaxın və orta keçmişə nəzər saldıqda, dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmadığını diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb:
“Bunu biz etmişik, bütün təzyiqlərə, təhdidlərə və təhlükələrə rəğmən”.
Azərbaycan Prezidenti əlavə edib ki, müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı o qədər də çox deyil.
Bizim.Media