"Ermənistanla sərhəd xətləri məsələsini konstruktiv həll etməyə tam hazırıq" - Əli Əsədov

Hazırda oxunan: "Ermənistanla sərhəd xətləri məsələsini konstruktiv həll etməyə tam hazırıq" - Əli Əsədov

22842

“Azərbaycan müstəqillik əldə edəndən sonra həmhüdud dövlətlərlə, o cümlədən Rusiya, İran və Gürcüstanla sərhədlərinin beynəlxalq hüquq normalarına uyğun şəkildə delimitasiya və demarkasiyasını həyata keçirib”.

Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənilərin gecə 3-də Yuxarı Ayrımda nə işləri vardı?” - Əli Əsədovdan Qriqoryana CAVAB


O bildirib ki, Ermənistan ilə sərhədin delimitasiya və demarkasiyasını həyata keçirmək isə mümkün deyildi, çünki Azərbaycan Respublikasının ərazisinin bir hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi:

“İndi, hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycan öz sərhəd infrastrukturunu müəyyən etməyə başlayıb və Ermənistan ilə sərhəd xətləri məsələsini konstruktiv şəkildə həll etməyə tam hazırdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO