Kasım-Jomart Tokayev: “Qəzanın bütün hallarının aydınlaşdırılmasında Azərbaycana hərtərəfli dəstək verəcəyik”

Kasım-Jomart Tokayev: “Qəzanın bütün hallarının aydınlaşdırılmasında Azərbaycana hərtərəfli dəstək verəcəyik”

Hazırda oxunan: Kasım-Jomart Tokayev: “Qəzanın bütün hallarının aydınlaşdırılmasında Azərbaycana hərtərəfli dəstək verəcəyik”

227028

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:
 

MÖVZU İLƏ BAĞLI:

Yaralı vətəndaşlarımız qəzanın necə baş verməsini nazirlərimizə belə danışdılar - VİDEO


“Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin sərnişinlərinin və heyət üzvlərinin həlak olması ilə bağlı faciəli xəbəri dərin hüznlə qarşıladım.

Bu çox ağır itkinin kədərini bölüşərək Sizə, mərhumların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
 

Mənim tapşırığımla yaradılan Qazaxıstan Hökuməti yanında Dövlət Komissiyası xilasetmə əməliyyatı çərçivəsində lazımi tədbirləri görür, həmçinin insanların həyatının xilas edilməsinə və sağ qalan vətəndaşların reabilitasiyasına maksimum kömək göstərir.


Sizi əmin edirəm ki, Qazaxıstan yaralananlara dostluq və qardaşlıq ruhunda kömək göstərilməsi, onların öz vətənlərinə sağ-salamat qayıtmaları, eləcə də bu hadisənin bütün hallarının aydınlaşdırılması prosesində Azərbaycan tərəfinə hərtərəfli dəstək verəcəkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO