Mayın 28-də Minskdə Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclası ərəfəsində Belarusun Baş naziri Roman Qolovçenkonun iclas iştirakçıları ilə görüşü keçirilib.
Bizim.Media istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Baş naziri Əli Əsədov iştirak edib.
Görüş zamanı R.Qolovçenko Azərbaycanın Respublika Günü münasibətilə Baş nazir Əli Əsədova təbriklərini çatdırıb.
Gün ərzində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iclas iştirakçılarını qəbul edəcəyi gözlənilir. Daha sonra isə Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclası keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:37 / 28.05.2021
Əli Əsədov Belarusun Baş naziri ilə görüşdü
Hazırda oxunan: Əli Əsədov Belarusun Baş naziri ilə görüşdü
Hazırda oxunan: Əli Əsədov Belarusun Baş naziri ilə görüşdü
22685
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.