Azərbaycanda yaşayan əcnəbilərin nikaha daxil olması qaydası DƏYİŞDİ

Azərbaycanda yaşayan əcnəbilərin nikaha daxil olması qaydası DƏYİŞDİ

Hazırda oxunan: Azərbaycanda yaşayan əcnəbilərin nikaha daxil olması qaydası DƏYİŞDİ

226832

Nazirlər Kabinetində “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
 

Qərara əsasən, ərizədə nikahın bağlanmasına mane olan halların sırasına ikisindən biri və ya hər ikisi Azərbaycanda qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər də daxil ediləcək.


Yeni qaydaya görə, nikaha daxil olanlardan biri və ya hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu halda həmin şəxs (şəxslər) Azərbaycanda qanuni əsaslarla olmasını və ya yaşamasını təsdiq edən sənədin surətini ərizəyə əlavə etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO