Zelenski hərbi vəziyyətin müddətini yenidən uzatdı

Zelenski hərbi vəziyyətin müddətini yenidən uzatdı

Hazırda oxunan: Zelenski hərbi vəziyyətin müddətini yenidən uzatdı

226742

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət və səfərbərlik haqqında qanunlar imzalayıb. 


Sfera.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib. 

 

"Prezident hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün müddətinə, yəni 2023-cü il noyabrın 15-dək uzadılması haqqında qanunları imzalayıb", - Jeleznyak bildirib.

 

Xatırladaq ki, Ukraynada 24 fevral 2022-ci ildə hərbi vəziyyət rejimi tətbiq olunub, ertəsi gün Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb. İyulun sonunda Ali Rada hərbi vəziyyətin müddətini 2023-cü il noyabrın 15-dək uzadıb. 

 

Oktyabrın sonunda Radaya seçkilər keçirilməli idi, lakin hərbi vəziyyətin uzadılması səbəbindən seçkilər keçirilməyəcək.

 

Əzizə
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO