Ermənilərin seçki hiyləsi – Azərbaycan buna nə cavab verəcək?

Ermənilərin seçki hiyləsi – Azərbaycan buna nə cavab verəcək?

Hazırda oxunan: Ermənilərin seçki hiyləsi – Azərbaycan buna nə cavab verəcək?

22536

Ermənilər öz revanşist hisslərindən istifadə edərək Azərbaycan sərhədlərində təxribat kampaniyası aparırlar.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ermənistanın 6 hərbçisini əsir götürdü - RƏSMİ


Bizim.Media xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu öz Facebook səhifəsində məlumat verib.

“Müdafiə Nazirliyinin açıqlamasında ermənilərin Gədəbəy, Kəlbəcər və Şuşa istiqamətində atəşkəsi pozduqlarını bidirib. Bu növbəti anti-terror əməliyyatına dəvətdir. Şuşanın azadlığa qovuşmasından cəmi bir neçə ay keçib və yenidən ermənilərin hədəfinə çevrilib. Şuşa istiqamətinə atəş açmaq müqəddəs şəhərimizi ziyarət edən prezident İlham Əliyevi və şəhərimizə səfərə hazırlaşan Türkiyə Cumhurbaşqanı hədəf seçməkdir. Əgər Gədəbəyə atəş Ermənistan istiqamətindən açılıbsa, Şuşaya atəşi Qarabağın daxilindəki separatçılar açıblar, o separatçılar ki, onları Rusiya hərbçiləri tərksilah etməliydilər. Etməyiblər və etmək fikirləri də yoxdur. Azərbaycan Müdafiə Nazirliyinin açılmasında bir cümlə də Rusiyaya ünvanlanmalıydı ki, Qarabağdakı separatçıların əl-ayağını yığışdırsınlar, əks halda biz hərəkətə keçəcəyik”.

Siyasi şərhçi ermənilərin bu cür revanşist hərəkətlərini ölkədə iyunda baş verəcək seçkilərin təxirə salınmasında maraqlı olan qüvvələrin əməli olduğunu da qeyd edib. 

“Ermənistan daxilində seçkinin təxirə salınmasını istəyən qüvvələr var. Həmin qüvvələr Nikol Paşinyanın seçkidə yenidən qələbə qazanacağını proqnozlaşdırır və bunu həzm edə bilmirlər. Sərhəddə vəziyyət gərginləşməkdə davam edərsə və müharibə ehtimalı artarsa, Ermənistanda parlament seçkiləri təxirə salacaq. Həmin qüvvələrə də elə bu lazımdır. Ona görə də həmin qüvvələr sərhəddə vəziyyətin gərginləşməsində, toqquşmaların başlamasında maraqlıdırlar. Onlar bu yolla Paşinyanın sonunun gələcəyini düşünürlər. Bu, ermənilərin öz bildiyi işdir”.

Sonda o, Azərbaycanın əsas hədəfinin sərhədləri müəyyənləşdirmək və təxribatlara cavab vermək olduğunu da yazıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO