“Məşhur “91-lər”dən olan Sabir Xəlilov dünyasını dəyişəndə mən prorektor idim. Amma Sabir müəllimin il mərasimi yaxınlaşanda mən rektor idim. Göstəriş verdim ki, Universitetin qəzetində onun haqqında geniş yazı dərc edilsin. Yazı çap olunandan bir neçə gün sonra Heydər Əliyevin köməkçisi Tariyel Ağayev mənə zəng edib dedi ki, “Prezident səninlə danışacaq”.
Çox böyük həyəcanla telefonun dəstəyini qaldırdım. Heydər Əliyevin zəhmli səsini eşitdim.
O əvvəlcə Universitetlə bağlı bəzi suallar verdi. Daha sonra dedi ki, “Sabirin rəhmətə getməsini mənə niyə deməmisən? Sən bilirsənmi ki, onun dövlətçilik qarşısında çox böyük xidmətləri var.
Elə adamları heç zaman unutmaq olmaz. Ona qarşı son borcumuzu da layiqincə yerinə yetirməliyik”.
Bu fikirləri Bizim.Media-ya müsahibəsində sabiq təhsil naziri, akademik Misir Mərdanov bildirib.
Keçmiş nazir Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.
Həmin videomüsahibəni təqdim edirik:
Tehran Orucoğlu, Sadiq Məmmədov, Bizim.Media