İcra başçısının xanımı niyə işdən çıxıb? - Özü DANIŞDI + FOTO

İcra başçısının xanımı niyə işdən çıxıb? - Özü DANIŞDI + FOTO

Hazırda oxunan: İcra başçısının xanımı niyə işdən çıxıb? - Özü DANIŞDI + FOTO

222190

"Mən və yoldaşım haqda yayılan məlumatlar həqiqəti əks etdirmir”. 

 

Sfera.az xəbər verir ki, bu sözləri globalinfo.az-a açıqlamasında Neftçala rayon icra başçısı Mirhəsən Seyidovun həyat yoldaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Nərmin Seyidova deyib.

 

O, adıçəkilən qurumdan könüllü şəkildə ayrıldığını bildirib:

 

"İyun ayının 8-də rəsmi olaraq öz istəyimlə işdən ayrılmışam. Başqa bir sahəyə gedirəm. Yeni iş yerimlə bağlı yaxın günlərdə məlumat verəcəyəm. Yayılan xəbərlər yanlışdır. Bunu insanlara kimin necə çatdırdığını bilmirəm. Yoldaşımın döyülməsi ilə yayılan xəbərlər də şayiədir. Hər şey qaydasındadır”.

 

Qeyd edək ki, ötən gün Neftçalanın icra başçısı M.Seyidovun döyüldüyü xəbəri yayılıb. Bundan sonra onun xanımının da işdən ayrıldığı bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO