“Bu gün deyə bilərik ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli açıqlamalarında qeyd olunan üçtərəfli razılaşmalar ümumiyyətlə uğurla icra olunur”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Rusiyanın “Argumentı i Faktı” qəzetinə verdiyi müsahibəsində səsləndirib.
"Bu, xüsusən də münaqişənin humanitar və sosial-iqtisadi nəticələrinin aradan qaldırılması, Cənubi Qafqazdakı nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə əlaqədardır" deyə o, qeyd edib.
Lavrov bildirib ki, 30 yanvar tarixindən etibarən keçmiş Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün döyüş əməliyyatlarına nəzarət etmək üçün türk tərəfdaşları ilə birlikdə bir mərkəz fəaliyyət göstərir.
Nazir əlavə edib ki, bu mərkəz mümkün pozuntuları yalnız vizual müşahidə vasitəsi ilə izləyir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:21 / 24.05.2021
Lavrov: “Qarabağda türk tərəfdaşlarımızla birgə çalışırıq”
Hazırda oxunan: Lavrov: “Qarabağda türk tərəfdaşlarımızla birgə çalışırıq”
Hazırda oxunan: Lavrov: “Qarabağda türk tərəfdaşlarımızla birgə çalışırıq”
22203
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.