Zərif gəlmir, gedir – Politoloqdan maraqlı ŞƏRH

Zərif gəlmir, gedir – Politoloqdan maraqlı ŞƏRH

Hazırda oxunan: Zərif gəlmir, gedir – Politoloqdan maraqlı ŞƏRH

22202

“İranın xarici işlər naziri Məhəmməd Zərifin Azərbaycana və Ermənistana səfər etməkdə məqsədi nədir? Axı bir aydan da az müddətdə İranda prezident seçkisi keçiriləcək və hazırki dövlət başçısı Həsən Ruhani, o cümlədən Zərifi vəzifələrini tərk edəcəklər. Yəni İran-Ermənistan və İran-Azərbaycan münasibətlərinin gələcəyi artıq Zərifi narahat etməməlidir. Belə isə Zərif sağollaşmağamı gəlir?” 

Bizim.Media xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib.

Politoloqun fikrincə, səfərin məqsədi nə olursa-olsun, Bakıda İranın xarici işlər nazirinə bir neçə sual verilməlidir: 

“Birinci, Tehran Azərbaycan-Ermənistan sərhəddinin müəyyənləşməsindən niyə narahatdır? İkinci, Tehran görüntüləri yayınlanan İran yük maşınlarının Qarabağa keçişinin qarşısını niyə almır? Üçüncü, İran sərhədçiləri Azərbaycana narkotik keçirmək istəyən silahlı qruplarla mübarizəni niyə gücləndirmir?” 

Politoloqun sözlərinə görə İranda bütün diqqətlər prezident seçkisinə yönəlib:

“Ona görə postunu tərk etməyə hazırlaşan Zərifin bölgəyə səfərinin konkret nəticələri olmayacaq. Bütün hallarda suallarımızı səsləndirməliyik ki, İranın növbəti prezidenti və xarici işlər naziri nədən narazı qaldığımızı indidən bilsinlər. Bizə o da aydındır ki, Ermənistan Azərbaycanla İran arasında problemlərin dərinləşməsini istəyir. Bu isə nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir. Bunu İrandakı siyasi və ekspert dairələrinin anlaması lazımdır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO