İran 160 erməni əsgərini harda gizlədib? – Səfirlik AÇIQLAMA YAYDI

İran 160 erməni əsgərini harda gizlədib? – Səfirlik AÇIQLAMA YAYDI

Hazırda oxunan: İran 160 erməni əsgərini harda gizlədib? – Səfirlik AÇIQLAMA YAYDI

22091

İranın Ermənistandakı səfirliyi ölkəsində 160 erməni hərbçisinin olması barədə məlumatı təkzib edib.

Səfirliyin açıqlamasında deyilir ki, İran İslam Respublikasının Ermənistandakı səfirliyi bəzi erməni mediası tərəfindən yayılmış 160 erməni hərbçisinin İran ərazisində olması barədə xəbərinin yalan olduğunu bildirir. Və bununla bağlı hər hansı şərtin də irəli sürülməsi absurddur. 
 

MÖVZU İLƏ BAĞLI:

Müharibədən İrana qaçan 160 erməni əsgəri - Onları terrorçu kimi hazırlayırlar - ŞOK İDDİA


Bizim.Media xəbər verir ki, bu barədə bir gün əvvəl Ermənistan mətbuatı məlumat tirajlamışdı.

Bizim.Media saytı olaraq bu xəbərlə bağlı ekspert fikirlərini də yaymışdıq. Ermənistan tərəfinin bu cür informasiya yaymaqda maraqlarını şərh edərək faktları göstərmişdik.

İndi İran tərəfinin bu olayı təkzib etməsi bir daha təsdiq edir ki, Ermənistanın bu cür dezinformativ hərəkətləri ictimaiyyətini çaşdırmaq və 44 günlük müharibədə ölü sayının gizlədilməsinə xidmət edir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO