“Türkiyə iqlim dəyişikliyinin mənfi təsirinə ən çox məruz qalan dövlətlər sırasındadır”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çıxışı zamanı deyib.
“Ölkəmiz 2053-cü ilədək atmosferə zərərli emissiyaların sıfra endirilməsi və ekoloji cəhətdən təmiz inkişaf məqsədinə uyğun olaraq iqtisadiyyatın əsas sahələrinin yaşıl transformasiyası istiqamətində mühüm addımlar atır”, - Ərdoğan bildirib.
Bizim.Media