Rəsmi Bakı Fransanı BMT-nin tövsiyələrini yerinə yetirməyə ÇAĞIRDI

Rəsmi Bakı Fransanı BMT-nin tövsiyələrini yerinə yetirməyə ÇAĞIRDI

Hazırda oxunan: Rəsmi Bakı Fransanı BMT-nin tövsiyələrini yerinə yetirməyə ÇAĞIRDI

219815

Fransanı Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt çərçivəsində təsbit edilmiş öhdəliklərə əsaslanan BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırırıq. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbacyan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" sosial şəbəkədəki hesabında qeyd edib. 

"Biz BMT-nin İnsan Hüquqları Komitəsinin nəticələrini yüksək qiymətləndiririk",- deyə paylaşımda bildirilib. 

Qeyd edək ki, BMT-nin İnsan Haqları Komitəsi bu gün son sessiyasında altı iştirakçı dövləti araşdırdıqdan sonra Ekvador, Fransa, Yunanıstan, İslandiya, Pakistan və Türkiyə ilə bağlı nəticələrini açıqlayıb.
 

Komitə əcnəbi vətəndaşların Fransa-İtaliya sərhədində müvafiq sığınacaq proseduruna, o cümlədən, hüquqlarına dair məlumatlara çıxışı olmadan zorla geri qaytarılmasından narahat olduğunu bildirib. 


Komitə, həmçinin, miqrantların bəzən zor tətbiq etməklə Böyük Britaniya-Fransa sərhədindəki sığınacaqlardan, Fransanın dənizaşırı ərazisi olan Mayottedə sistematik təxliyələrindən, miqrantların üzləşdiyi getdikcə pisləşən həyat şəraitindən narahat olduğunu bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO