Ceyhun Bayramov Natali Qule ilə görüşdü

Ceyhun Bayramov Natali Qule ilə görüşdü

Hazırda oxunan: Ceyhun Bayramov Natali Qule ilə görüşdü

21955

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Senatının üzvü, Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini, habelə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü xanım Natali Qule ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Azərbaycan XİN-dən məlumat verilib.

Nazir Ceyhun Bayramov Fransa Senatının üzvünü səmimiyyətlə salamlayaraq, onun ölkələrimiz arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.

İkitərəfli münasibətlərin inkişafına ola biləcək maneələrin birgə səylər əsasında qarşısının alınmasının vacibliyini vurğulayan nazir, bu xüsusda qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.
 

Natali Qule səfərin bölgədəki vəziyyətlə bağlı məlumatın əldə edilməsi baxımından önəm kəsb etdiyini bildirib. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Cənubi Qafqaz: regional əməkdaşlıq və inkişaf perspektivləri” adlı videoformatda müzakirələr və bu çərçivədə Prezident İlham Əliyevlə aparılmış fikir mübadiləsini olduqca faydalı qiymətləndirib.


Tərəflər, azad edilmiş ərazilərdə minasızlaşdırma fəaliyyəti, hazırda yaranmış regional əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Nazir, Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı məsələyə aydınlıq gətirərək, bunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri olduğunu və tərəflər arasında bu xüsusda mövcud olan fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO