Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı üzv ölkələr arasında hərbi əməkdaşlıqdan danışıb.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:
“Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib”.
Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirildiyini vurğulayan Prezident hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil almalarının qarşılıqlı etimadın və dostluğun göstəricisi olduğunu vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:00 / 06.11.2024
Prezidentdən Türk dövlətlərinin hərbi əməkdaşlığı ilə bağlı MÜHÜM AÇIQLAMA
Hazırda oxunan: Prezidentdən Türk dövlətlərinin hərbi əməkdaşlığı ilə bağlı MÜHÜM AÇIQLAMA
Hazırda oxunan: Prezidentdən Türk dövlətlərinin hərbi əməkdaşlığı ilə bağlı MÜHÜM AÇIQLAMA
219464
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.