İran və İsrail prezidentləri Məsud Pezeşkian və İsaak Herzoq Bakıda keçiriləcək COP29 sammitində eyni vaxtda iştirak edəcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, prezident Məsud Pezeşkian Bakıda keçiriləcək COP29 Sammitində İran nümayəndə heyəti ilə birlikdə iştirak edəcək:
“Yayılan məlumatlara görə, İsrail prezidenti İsaak Herzoq da BMT-nin iqlim dəyişikliyi sammitinə (COP29) qatılacaq”.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası noyabrın 11-22 tarixlərində Azərbaycanda keçiriləcək.
Bizim.Media