Putin Avrasiya İqtisadi Forumunun iclasında çıxış edəcək - Paşinyan da qoşulacaq

Putin Avrasiya İqtisadi Forumunun iclasında çıxış edəcək - Paşinyan da qoşulacaq

Hazırda oxunan: Putin Avrasiya İqtisadi Forumunun iclasında çıxış edəcək - Paşinyan da qoşulacaq

219379

Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvadakı proqramı mayın 25-də başlayacaq.

 

Sfera.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

 

Peskov xatırladıb ki, Rusiya prezidenti çərşənbə günü “Zaryadye” konsert zalında Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxış edəcək.

 

"Ermənistanı baş nazirin müavini Qriqoryan təmsil edəcək. Sabah Paşinyan da qoşulacaq", - o bildirib.

 

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan tərəfinin Moskvada Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinə razılıq verdiyini bildirmişdi. Hökumət başçısı vurğulayıb ki, Rusiya tərəfdən müvafiq təklif daxil olub və Ermənistan bunu qəbul edib. Görüş mayın 25-nə təyin edilib.

 

İnci

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO