“Ermənilərin ruh düşkünlüyü adamı heyrətləndirir: onları yola salır, addımlarını tezləşdirməyə tələsdirirlər. Onlar da öz silahlarını azərbaycanlı xüsusi təyinatlılara təhvil verərək qısa addımlarla Ermənistan tərəfə irəliləyirlər”.
Bizim.Media xəbər veirr ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi-siyasi ekspert İqor Korotçenko özünün “Facebook” səhifəsində yazıb.
Ekspert fikrinin davamında vurğulayıb ki, “görünür, ermənilər II Qarabağ müharibəsində darmadağın olduqdan sonra ordularındakı şok hələ də keçməyib.
Onu da qeyd edim ki, azərbaycanlılar erməni hərbçilərini əsir götürmədi. Azərbaycan hərbçiləri erməniləri sərhəd xəttinə qədər apardılar. Əlbəttə, elə təmas xəttinə aparmalıydılar. Erməni əsgərlərini xeyirxah qızlar institutunda bal gecəsinə ötürməyəcəkdilər ki, onlar orada dünyəvi maneralar göstərsin. Videoda Azərbaycan hərbçilərinin ermənilərə “davay domoy” (get evə) əmrləri eşidilir. Və erməni əsgərlər evlərinə qayıtdılar. Hamısı da sağ və salamat... Məgər bu humanizm deyil?”
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:27 / 21.05.2021
Erməni hərbçilərə “Davay domoy” komandası – Korotçenkodan ŞƏRH
Hazırda oxunan: Erməni hərbçilərə “Davay domoy” komandası – Korotçenkodan ŞƏRH
Hazırda oxunan: Erməni hərbçilərə “Davay domoy” komandası – Korotçenkodan ŞƏRH
21885
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.