“Metsamor” seysmik zonada yerləşdiyindən, təhlükə qaçılmazdır – Qurban Yetirmişli

“Metsamor” seysmik zonada yerləşdiyindən, təhlükə qaçılmazdır – Qurban Yetirmişli

Hazırda oxunan: “Metsamor” seysmik zonada yerləşdiyindən, təhlükə qaçılmazdır – Qurban Yetirmişli

21881

Otuz ilə yaxın müddətdə davam edən işğal səbəbindən bütün sahələrdə olduğu kimi, Azərbaycan elminə də çox böyük ziyan dəyib, ərazidə seysmik müşahidələr aparılmayıb. Artıq Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) bu ərazilərdə əvvəllər fəaliyyət göstərmiş stansiyaların yenidən quraşdırılmasına hazırlıqlar başlanıb.

Bizim.Media xəbər verir ki, bu fikirləri RSXM baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “İşğaldan azad olunmuş ərazilərdə fövqəladə hal riskləri” mövzusunda onlayn elmi-texniki konfransda deyib.

Bildirib ki, yaxın perspektivdə Kəlbəcərdə, Cəbrayılda, Şuşada, Xankəndidə və başqa işğaldan azad olunmuş rayonlarımızda da ən müasir seysmoloji məntəqələrin və stansiyaların yaradılması, həmin bölgədə elmi-tədqiqat işlərinə başlanılması nəzərdə tutulur. 

RSXM-nin baş direktoru, professor Qurban Yetirmişli konfrans iştirakçılarının diqqətinə regionun ən böyük real təhlükə mənbəyi olan “Metsamor” Atom Elektrik Stansiyası haqqında fikirlərini də çatdırıb. O, bildirib ki, Ermənistan ərazisində Yerevan şəhərinin və “Metsamor” AES-in yaxınlığından böyük və aktiv tektonik qırılma zonası keçir. Bu qırılma zonasının seysmik potensialı Rixter şkalası üzrə M=7,5 və ya 12 ballı MSK-64 şkalası üzrə 10 bal qiymətləndirilir. Bu isə “Metsamor” AES-in seysmiklik baxımından çox təhlükəli ərazidə yerləşməsini və ehtimal olunan təhlükənin qaçılmaz olduğunu göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO