Prezident əlcəzairli həmkarını TƏBRİK ETDİ

Prezident əlcəzairli həmkarını TƏBRİK ETDİ

Hazırda oxunan: Prezident əlcəzairli həmkarını TƏBRİK ETDİ

218744

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, mətndə deyilir: 

“Hörmətli cənab Prezident, 

Əziz Qardaşım, 


Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - İnqilab Gününün 70-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. 

1954-cü ilin 1 noyabr günü qardaş Əlcəzair xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi əbədi olaraq həkk olunmuş, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilmişdir.

Bir əsrdən artıq davam edən amansız müstəmləkəçilik siyasətinə, misli görünməmiş zorakılığa, insanlıq əleyhinə və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq xalqınız heç bir zaman müstəqillik əzmini itirməmiş, böyük fədakarlığı, cəsarəti ilə, Vətən uğrunda canlarını fəda edən milyonlarla şəhidinin canı və qanı bahasına azadlığını əldə etmişdir. 

Hazırda Azərbaycan-Əlcəzair münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Biz bu əlaqələrin daha da genişlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsinə xüsusi önəm veririk. 
 

Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik. 


Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO