Gürcü müxalifətinin təkrar seçki tələbinə Tofiq Zülfüqarovdan MÜNASİBƏT – “Mümkünsüzdür"

Gürcü müxalifətinin təkrar seçki tələbinə Tofiq Zülfüqarovdan MÜNASİBƏT – “Mümkünsüzdür"

Hazırda oxunan: Gürcü müxalifətinin təkrar seçki tələbinə Tofiq Zülfüqarovdan MÜNASİBƏT – “Mümkünsüzdür"

218298

Xəbər verdiyimiz kimi, ötən axşamdan etibarən Tiflisdə müxalifətin mitinqi geniş vüsət alıb.

Etirazçılar yol kənarına çıxaraq parlament binası yaxınlığında avtomobillərin hərəkətini iflic ediblər. Gürcüstan Prezidenti Salome Zurabişvilinin də iştirak etdiyi etiraz aksiyasında seçkilərin yenidən keçirilməsi tələb olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin intiqam PLANI – Gürcüstanda hakimiyyət çevrilişi HAZIRLANIR?


Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası 89 deputat mandatı qazanıb.

Bəs, müxalifətin təkrar seçki keçirilməsi tələbi baş tuta bilərmi?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bizim.Media-ya açıqlamasında bildirib ki,  indiki mərhələdə nəticələri yoxlamaq üçün müşahidəçilər cəlb olunacaq:

“Amma fakt odur ki, seçki baş tutub. Ona görə də gürcü xalqı maraqlı deyil ki, hansısa qanundan kənar addımlar atılsın. Nəzərə alaq ki, müxalifətin başında vəzifəli şəxs - Prezident Salome Zurabişvili durur. Ona görə də etirazların və proseslərin qanun çərçivəsində inkişafı bir növ təmin olunub.

Müxalifətin seçkilərin yenidən keçirilməsi tələbinə gəldikdə isə onu deyə bilərəm ki, müxalifətdən müəyyən tələblər ola bilər. Onlardan biri odur ki, müşahidəçilərin harada daha çox qanun pozuntusu aşkar edibsə, həmin dairələrdə təkrar seçkilər keçirilsin. Yəqin ki, bu tələb yerinə yetiriləcək. Amma seçkilərin təkrar keçirilməsi məntiqli deyil.


Çünki təkcə Gürcüstandakı yox, həm də beynəlxlaq müşahidəçilər seçkinin baş tutduğunu deyir. Nəzərə alaq ki, uduzan tərəf hər zaman narazı qalır və məğlubiyyətlərini də müxtəlif bəhanələrlə izah etməyə çalışırlar. Ona görə də gürcü müxalifətinin seçkilərin təkrar keçirilməsi tələbi maksimal tələbdir. Bu tələbin icrası inandırıcı görünmür. Ən yaxşı halda bəzi seçki dairələrində nəticələr ləğv oluna və təkrar seçki keçirilə bilər. Amma ümumilikdə seçkilərin yenidən keçirilməsi mümkünsüzdür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO