Prezident İlham Əliyev özbəkistanlı həmkarını TƏBRİK ETDİ

Prezident İlham Əliyev özbəkistanlı həmkarını TƏBRİK ETDİ

Hazırda oxunan: Prezident İlham Əliyev özbəkistanlı həmkarını TƏBRİK ETDİ

218184

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Ali Məclisinin Qanunvericilik palatasına seçkilərin uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı məktubunda qeyd edib:
 

“Qardaş Özbəkistanın tarixində ilk dəfə olaraq qarışıq seçki sistemi üzrə keçirilmiş bu səsvermə ölkənizin demokratik dövlət quruculuğu prinsiplərinə sadiqliyini bir daha bariz şəkildə nümayiş etdirdi.


Səsvermənin nəticələri xalqınızın Sizin qətiyyətlə yürütdüyünüz siyasi xəttə olan inam və etimadının təzahürü, Özbəkistanın daha da inkişafı və qüdrətlənməsi istiqamətində xidmətlərinizə real dəstəyinin ifadəsidir.

Yeni tərkibdə fəaliyyətə başlayacaq Ali Məclisin Qanunvericilik palatasının işinə müvəffəqiyyətlər arzulayıram.

Fürsətdən istifadə edərək bir daha Sizə səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Özbəkistan xalqının rifahı və firavanlığı yolunda ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər diləyirəm”.

Qeyd edək ki, oktyabrın 27-də Özbəkistanda parlamentin aşağı palatası - Ali Məclisin Qanunvericilik Palatasına və yerli şuralara (xalq deputatları şuralarına) seçkilər keçirilib. İlk dəfədir ki, seçkilər majoritar sistemlə deyil, qarışıq seçki sistemi ilə - majoritar və proporsional sistemlə keçirilib. Seçkilərdə beş partiya iştirak edib: Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokrat Partiyası, "Milliy tiklaniş" Demokrat Partiyası, Ekoloji Partiyası, Xalq Demokratik Partiyası və "Adolat" Sosial Demokrat Partiyası.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO