İsrailin Qarabağa cəlb olunması Tehranı qəzəbləndirib – İran yeni plan hazırlayır

İsrailin Qarabağa cəlb olunması Tehranı qəzəbləndirib – İran yeni plan hazırlayır

Hazırda oxunan: İsrailin Qarabağa cəlb olunması Tehranı qəzəbləndirib – İran yeni plan hazırlayır

21798

Azərbaycanda məqsədli şəkildə anti-İsrail ab-havası yaratmaq cəhdləri nəzərəçarpacaq dərəcədə artıb. Bu məqsədlə fəaliyyətini gücləndirən əsas aktor isə İrandır.

İran tərəfinin Azərbaycanda İsrail əleyhinə apardığı təbliğatlar son dönəmlərdə daha aydın nəzərə çarpır.
 

MÖVZU İLƏ BAĞLI:

“İran "Ermənistan hakimiyyəti"ndən daha çox Zəngəzurun qayğısına qalır” – Erməni ekspert rəsmi Tehranın iç üzünü açdı


Belə ki, işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işləinin görülməsində İsrail şirkətlərinin də fəal iştirak edəcəyi gözlənilir. İranın sərhəd bölgəsində yerləşən ərazilərdə İsrailin hər hansı fəaliyyəti rəsmi Tehranı qıcıqlandırır.

Bir neçə həftə öncə İranın şəhid generalımız Polad Həşimovun ailəsini Qasim Süleymani ordeni ilə təltif etdiyini xatırlamalıyıq. Bu addım İran təbliğatının ən ciddi örnəyi idi. Lakin Azərbaycanla ortaq nöqtəyə gəlməyi hədəfləyən İran Şəhidin ailəsinin təltifdən imtina etməsi ilə istədiyi nəticəni əldə edə bilmədi.

Xatırladaq ki, Qasim Süleymaninin öldürülməsində İsrail kəşfiyyatının əli olması İran tərəfindən dəfələrlə vurğulanıb.

Keçdiyimiz günlərdə İran-Azərbaycan sərhədində iki hərbiçimizin həlak olması ilə nəticələnən hücumun baş verməsi də xeyli cavabsız suallar doğurub. Əsas sual isə bundan ibarətdir: niyə İran ərazisindən Azərbaycana qanunsuz yollarla daxil olmağa çalışanların qarşısı məhz İran sərhədçiləri tərəfindən alınmır? Bu sualın iki cavabı ola bilər-ya İranın gücü yetmir, ya da məqsədli şəkildə buna göz yumulur. İnsidentin məqsədli şəkildə törədilməsi, təbii ki, daha ağlabatandır. Xüsusilə də, sərhəd pozucularının quşandığı silahlar şübhələri daha da artırır.

İranın Azərbaycana qarşı Ermənistanı dəstəkləməsini isə yenidən qeyd etməyə, yəqin ki, ehtiyac yoxdur. Elə bu gün İran generallarının Azərbaycan-Ermənistan sərhəddindəki problemlə bağlı İrəvana səfər etməsi bunu bir daha sübut etdi.

Həmçinin, İyunun 18-də İranda keçiriləcək prezident seçkilərin nəticələrinin də Azərbaycanla siyasətdə hər hansı dəyişikliklərə səbəb olacağı inandırıcı görünmür. Çünki İslam inqilabından sonra hakimiyyətə gələn heç bir İran prezidenti anti-İsrail təbliğatından əl çəkməyib.

Bunun əsas səbəbi isə İranda idarəetmənin faktiki olaraq prezidentlərin yox, məhz dini liderlərin əlində olmasıdır.

Ümumilikdə, İranın anti-İsrail təbliğatı anlaşılan olsa da, seçdiyi üsullar qəbuledilməzdir. Bu səbəbdən, İran Azərbaycanla əməkdaşlıqda maraqlıdırsa, fəqli yolla irəliləməyə məcburdur. Belə davam etməklə, iki ölkə arasında əlaqələrə zərbə vurmaqdan başqa heç bir nəticə əldə oluna bilməz.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO