İlham Əliyev Kazanda “Sberbank”ın sədri ilə görüşdü – FOTO/VİDEO

İlham Əliyev Kazanda “Sberbank”ın sədri ilə görüşdü – FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev Kazanda “Sberbank”ın sədri ilə görüşdü – FOTO/VİDEO

217426

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref ilə görüşü olub.

Bizim.Media xəbər verir ki, German Qref rəhbərlik etdiyi bankın həyata keçirdiyi işlər, o cümlədən bankın maliyyə sektoru ilə yanaşı, rəqəmsallaşma həlləri vasitəsilə səhiyyə, sosial, təhsil və digər sahələrlə bağlı fəaliyyəti barədə dövlət başçısına ətraflı məlumat verib.

O, Azərbaycanın sürətli iqtisadi yüksəlişini və sosial inkişaf meyillərini xüsusi qeyd edib.

Görüşdə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO