Vitali Arkov: “3+3 platformasının tam işləməsi üçün dəhlizlər açılmalıdır” – ÖZƏL

Vitali Arkov: “3+3 platformasının tam işləməsi üçün dəhlizlər açılmalıdır” – ÖZƏL

Hazırda oxunan: Vitali Arkov: “3+3 platformasının tam işləməsi üçün dəhlizlər açılmalıdır” – ÖZƏL

216708

“Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının (3+3) üçüncü toplantısının gündəliyi genişdir. Bununla belə, əsas mövzu Ermənistan-Azərbaycan münaqişəsinin yekun həllidir”.  

Bu fikirləri Bizim.Media-ya açıqlamasında “PolitRus” informasiya-analitik portalının rəhbəri, politoloq Vitali Arkov deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov İstanbulda Zəngəzur dəhlizindən DANIŞDI


İstanbulda keçirilən “3+3” formatındakı görüşü dəyərləndirən Arkov, altılıq platformanın tam işləməsi üçün Cənubi Qafqazda sülhün vacibliyini qeyd edib:

“Bu, sülh müqaviləsi imzalanmadan mümkün deyil. Bunun üçün Ermənistan Azərbaycana qarşı ərazi iddialarını hüquqi cəhətdən ləğv etməli, habelə üçtərəfli bəyanatının bütün bəndlərini yerinə yetirməlidir. Bu sənədin mühüm müddəalarından biri regionda bütün nəqliyyat və iqtisadi əlaqələrin bloklanmasına dair 9-cu bənddir. Həmin maddəyə əsasən, Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin bərpasını təmin etməlidir. Rusiya isə kommunikasiyaların təhlükəsizliyini təmin etməyi öhdəsinə götürür. 

Xalqlar arasındakı 30 illik münaqişə keçmişini nəzərə alaraq, Rusiya Ermənistan ərazisində artıq mövcud olan Rusiya FSB-nin Sərhəd Xidməti tərəfindən əlavə təhlükəsizliyin təmin edilməsi təşəbbüsü ilə çıxış edib”, - deyə V.Arkov deyib.

Altılıq platformanın işini kimlər pozmağa çalışır?

Arkov əlavə edib ki, altılıq platformanın fəaliyyətinə zərbəni yalnız Ermənistan vurmur, eyni zamanda İran da “oyunu pozmağa” davam edir:

“Lakin bütün bu müddət ərzində Ermənistan müxtəlif bəhanələrlə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə təxribat törədir. Qonşu İran öz eqoist səbəblərinə görə bu nəqliyyat dəhlizinin bərpasında maraqlı deyil. Bu ilin yayında İrəvan və Bakının nəhayət ki, bu məsələdə razılığa gəldiyi görünəndə Tehran maskasını atıb, dəhlizə kəskin şəkildə qarşı çıxdı. 
 

Üstəlik, Tehran Rusiyanı günahlandırmağa çalışaraq, guya Moskvanın Bakını Zəngəzur dəhlizini ekstraterritorial etmək istəyinə sövq etdiyini bildirdi. Bunun isə guya İranla Ermənistan arasında birbaşa quru əlaqəsini pozacağı qeyd olundu.


Eyni zamanda, İranın özü Ermənistanın cənub bölgələrində mövcudluğunu gücləndirib. Bu, guya iqtisadi tərəfdaşlığın artmasının nəticəsidir”, - deyə V.Akrov qeyd edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO