Hazırda Cəbrayıl rayonunda 30 hektar, Füzuli rayonunda isə 16,7 hektar yeni yaşıllıq sahəsinin salınması ilə bağlı torpaq işləri aparılır. Bu ilin sonunadək həmin ərazilərdə yaşıllıqların salınması nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bu sözləri Laçın şəhərində keçirilən Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov söyləyib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə meşəbərpa layihələrinə uyğun olaraq, Zəngilanda 85 hektar, Qubadlıda 35 hektar və Cəbrayılda 45 hektar meşə fondu sahəsində torpaq hazırlığı işləri yekunlaşıb və ilin sonunadək bu ərazilərdə də əkin və səpin işlərinin aparılması planlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:12 / 10.10.2024
Cəbrayıl və Füzuli rayonlarında yeni yaşıllıqlar SALINACAQ
Hazırda oxunan: Cəbrayıl və Füzuli rayonlarında yeni yaşıllıqlar SALINACAQ
Hazırda oxunan: Cəbrayıl və Füzuli rayonlarında yeni yaşıllıqlar SALINACAQ
215450
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.