Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Gürcüstana səfəri başlayıb.
Bizim.Media xəbər verir ki, nümayəndə heyətinə komitənin sədr müavini Vaqif Seyidbəyov, Komitənin Gürcüstan və türkdilli dövlətlər şöbəsinin müdiri Vüsal Məmmədov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov və digər şəxslər daxildir.
MÖVZU İLƏ BAĞLI:
“Gürcü polislər üstümüzə cumur, svanlar da bizi daşlayır” – Dmanisidən ŞOK VİDEO
Mayın 22-dək davam edəcək səfər çərçivəsində Gürcüstanın dövlət qurumlarında, Marneuli və Qardabanidə yaşayan soydaşlarımızla görüşlər keçiriləcək.
Bizim.Media