Ermənistan Azərbaycana təzminatı pulla da ödəyə bilər, ərazi verməklə də - VİDEO

Ermənistan Azərbaycana təzminatı pulla da ödəyə bilər, ərazi verməklə də - VİDEO

Hazırda oxunan: Ermənistan Azərbaycana təzminatı pulla da ödəyə bilər, ərazi verməklə də - VİDEO

213732

Xristianlarda günah çıxarmaq deyilən adət var. Günahını kilsədə rahibə etiraf edirsən ki, bağışlanasan. Bir növ tövbə etmək kimi. İrəvanın günahını yumaq üçün rahibə ehtiyacı yoxdur. Onsuz da bütün cinayətlərinin başında elə baş rahibləri Qaregin durur. Paşinyan dövlətinin günahlarını bizə etiraf etməlidir. Günahın qarşılığı da olmalıdır. Azərbaycana vurulan maddi-mənəvi ziyanın kompensasiyası. Bu təzminatı pulla da ödəyə bilər, ərazi verməklə də. 

Bizim.Media xəbər verir ki, bu barədə İTV-nin “Yekun Xəbər” proqramında deyilir.

Aparıcının sözlərinə görə, onsuz da yaşadıqları Azərbaycanın tarixi torpaqlarıdır:

“İndi Paşinyan düşünsün. Bəlkə fransız dostlarından kömək istəyə? Axı Fransa onunla çiyin-çiyinədir. Emmanuel Makron son zamanlar ölkəsindəki siyasi böhrana görə başını itirib. Fransızlar onu hakimiyyətdə görmək istəmir. İtirdiyi başından tüstü çıxmasına səbəb isə Azərbaycandır. Necə od qoymuşuqsa, alovunu BMT Baş Assambleyasında söndürmək istədi. Görünür, Makron Nyu-Yorka gəlməzdən əvvəl İlham Əliyevin son bəyanatlarını diqqətlə oxuyub.
 

Prezident demişdi axı, Fransanın Ermənistana nələr verdiyindən xəbərdarıq. Dostundan ilhamlanan Paşinyan da BMT tribunasında şou göstərirdi. COP29-a qədər yarımçıq sülh sazişi imzalamaq istəyir. Hesab edir ki, heç bir sülh sazişi bütün məsələləri bir anda əhatə edə bilməz.


Müqavilə imzalandıqdan sonra yeni razılaşma əldə etmək olar. Bakının əsas şərti olan Konstitusiyanın dəyişməsindən də danışdı. Bu sözlərdən sonra birdən ağlına nə gəldisə, fikrini dəyişdi. Dedi ki, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiası yoxdur. Bir sözlə, yenə Paşinyan, yenə boş sözlər, yenə mənasız vədlər. Deyirəm, yalan danışan Pinokio kimi bir gün Paşinyanın da burnu uzanacaq. Ermənistan tərəfdən gələn mesajlar sülhə ümidləri azaldır.

Prezident İlham Əliyev bir neçə həftə əvvəl İtaliyada demişdi ki, Azərbaycanla Ermənistan sülhə yaxındır.

Dövlət başçısının bu həftə Parlamentdə çıxışı isə sərtliyi ilə diqqət çəkdi. Ermənistan revanşa hazırlaşır, Azərbaycan isə istənilən cavabı verməyə hazırdır. İki ölkə arasında yaranan son durumu yəqin ki, belə şərh edə bilərik: sülhsə sülh, savaşsa savaş”.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO