İşğal dövründə 4 minə yaxın azərbaycanlı itkin düşüb.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı şəhərində keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağının iştirakçılarına müraciətində bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev BPA 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib
“Onlar Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilmiş və kütləvi məzarlıqlarda basdırılıb. Ermənistan hazırda itkin düşmüş bu şəxslərin sonrakı aqibəti, habelə onların basdırıldığı kütləvi məzarlıqların yeri barədə məlumatları bizə təqdim etməkdən imtina edir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Bizim.Media